azturkxeber.az
http://azturkxeber.az

07 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib

08-11-2024

 

İclasda boş və yayım üçün istifadəyə yararlı radiotezliklər ilə bağlı məsələlər müzakirə olunub.

İlk olaraq müxtəlif dillərdə yayım aparan "Azərbaycan Beynəlxalq Radiosu"nun proqramlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə ölkənin bir sıra müxtəlif stansiyalarından müvafiq radiotezliklər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istifadəsinə ayrılıb.

Daha sonra Dövlət Radiotezliklər İdarəsindən alınan məlumatlara əsasən "Bakı Teleqüllə Kompleksi"ndən boş və yayıma uyğun radiotezliklərin mövcudluğu və onlardan səmərəli istifadənin təşkilinin əhəmiyyəti nəzərə alınaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün 18 noyabr tarixindən etibarən 2 müsabiqənin elan olunması haqqında qərarlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930