azturkxeber.az
http://azturkxeber.az

FHN təhlükəsizlik tələblərinə cavab verməyən qülləli kranın istismarını dayandırıb

07-11-2024

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən vətəndaş müraciəti əsasında Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən aparılan tikinti işlərində istifadə edilən qülləli krana baxış keçirilib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı qülləli kranın istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən olunub.

Aşkar edilən pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qülləli kranın istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və agentliyin qərarının surətləri sahibkara təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930