azturkxeber.az
http://azturkxeber.az

“BMT-nin Uşaq hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanıb

07-11-2024

“BMT-nin Uşaq hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) genişmiqyaslı fəaliyyətində uşaq hüquqlarının müdafiəsi və təbliği mühüm yer tutur.

Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, Səbinə Əliyevanın təşəbbüsü ilə uşaq hüquqlarının təbliği sahəsində fəaliyyətin davamı olaraq elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqda “BMT-nin Uşaq hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanıb.

Vəsaitdə “Uşaq hüquqları haqqında” Konvensiyada təsbit olunmuş maddələr uşaqlar üçün anlaşılan dildə təqdim edilib.

Nəşr barədə daha ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930