azturkxeber.az
http://azturkxeber.az

“AZIREX-2024” birgə taktiki təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

07-11-2024

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, "Dənizdə axtarış-xilasetmə" birgə taktiki təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930