azturkxeber.az
http://azturkxeber.az

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar müsabiqə vasitəsilə icarəyə veriləcək

07-11-2024

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar müsabiqə vasitəsilə icarəyə veriləcək

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

azturkxeber.az xəbər verir ki, bu məsələ parlamentin noyabrın 7-də keçirilən plenar iclasının gündəliyinə üçüncü oxunuşda daxil edilmiş “Torpaq icarəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq təsdiqlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930