azturkxeber.az
http://azturkxeber.az

AQTİ-nin regional laboratoriyası iki beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib

07-11-2024

AQTİ-nin regional laboratoriyası iki beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) İngiltərənin “LGC standard” şirkəti tərəfindən təşkil olunan yulaf nümunəsində salmonellanın və “Fapas” şirkətinin keçirdiyi su nümunəsində ümumi codluğun təyini üzrə beynəlxalq səriştəlilik sınaqlarında yüksək nəticə əldə edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Lənkəran Regional Sınaq Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji (PZR muayinələr) və GMO müayinələrin aparılması, eyni zamanda heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası həyata keçirilir.

Qeyd edək ki, laboratoriya AZS ISO/İEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930