azturkxeber.az
http://azturkxeber.az

Mundialda ölkəmizi 23 güləşçi təmsil edəcək

21-10-2026



Dünya çempionatında (DÇ) Azərbaycanı 23 güləşçi təmsil edəcək.

Azturkxeber.az xəbər verir ki, yarışın ilk günlərində mübarizəyə yunan-Roma güləşi üzrə milli komandamız başlayacaq. Bu növdə ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcək.

Daha sonra mübarizəyə qadın güləşçilərimiz qoşulacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) dünya çempionatında qüvvələrini sınayacaqlar.

Çempionatın son günlərində isə sərbəst güləşçilərimiz xalça üzərinə çıxacaqlar. Bu növdə ölkəmizin idman şərəfini İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) qoruyacaqlar.

“Barıs Arena”da keçiriləcək dünya çempionatında gündüz seansının görüşləri Bakı vaxtı ilə saat 09:30-da, axşam seansının qarşılaşmaları isə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, I-S dərəcəli hakimlərimiz Asif Şirəliyev və Sədi Quliyev də dünya çempionatında ədaləti qoruyacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031