Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı Vüqar Bayramov Qlobal Ticarət və İnnovasiya Siyasəti Alyansının (GTIPA) illik zirvə toplantısında iştirak etmək məqsədilə sentyabrın 8-də Polşanın Varşava şəhərinə səfər edəcək.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, tədbir çərçivəsində müasir iqtisadiyyatın və beynəlxalq əməkdaşlığın əsas çətinlikləri ətrafında müzakirələr aparılacaq. Deputatımızın tədbirdə “ Azərbaycanda rəqəmsal inkişaf və süni intellekt: Hədəflər və perspektivlər” mövzusunda çıxışı nəzərdə tutulub.
Səfər sentyabrın 14-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: