ADY 8 ayda 7,3 milyondan çox sərnişin daşıyıb

Azərbaycan Dəmir Yolları (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.
Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon sərnişin səfər edib. Bu istiqamətdə sərnişindaşıma ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.
Rayonlararası marşrutlar üzrə 396 min sərnişin daşınıb ki, bu da 15 faiz artım deməkdir. Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu ilə isə 53 min sərnişin səfər edib.
Avqust ayında da sərnişindaşımada artım qeydə alınıb. Belə ki, ay ərzində 913 mindən çox sərnişin daşınıb və bu, ötən ilin avqust ayı ilə müqayisədə 24 faiz çoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: