azturkxeber.az
http://azturkxeber.az

“Sülh Aylığı” çərçivəsində regionlarda silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib

03-09-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzləri tərəfindən regionlarda silsilə hüquqi maarifləndirmə tədbirləri təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, tədbirlərdə Aylığın sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi olduğu vurğulanıb, Aylıq çərçivəsində paytaxt və regionlarda maarifləndirmə tədbirlərinin keçirildiyi diqqətə çatdırılıb.

Eyni zamanda, iştirakçılara insan hüquqlarının milli müdafiə mexanizmləri, o cümlədən müstəqil müdafiə mexanizmi kimi Ombudsman təsisatı haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930