azturkxeber.az
http://azturkxeber.az

Sosial layihə çərçivəsində əlçatan və sərfəli mənzillərin satışı davam edir

01-09-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə bazar qiymətindən xeyli ucuz, yəni kv.metri 435-830 manat aralığında dəyişən mənzillərin satışı davam edir.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır. Onlar 3 və 4 otaqlı, tam təmirlidir və istifadə olunmamış, çıxarışlıdır.

İpoteka krediti ilə də almağa uyğun olan bu mənzillərlə ms.sosial.gov.az portalı vasitəsilə tanış olmaq olar.

Vətəndaşlar portal üzərindən seçdiyi mənzili və ya mənziləri “Bron et” düyməsini sıxmaqla bron edə bilərlər.

Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən birinə malik olmalıdır.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır.

Mənzillərin satışından əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.

Əlavə məlumat əldə etmək istəyən şəxslər 142 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930