azturkxeber.az
http://azturkxeber.az

Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri təqdim olunub

30-06-2026

İyunun 3-da “Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri” mövzusunda tədbir keçirilib.

Qərbi Azərbaycan İcmasından Azturkxeber.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Dərələyəzlı gənclərin elm, təhsil, idman və yaradıcılıq sahələrində əldə etdikləri nailiyyətləri, eləcə də müxtəlif müsabiqələrdə qazandıqları uğurları əks etdirən sərgi ilə tanış olublar. Sərgidə gənclərin müəllifi olduqları müxtəlif əl işləri, rəsm əsərləri, elmi və yaradıcılıq nümunələri nümayiş etdirilib.

Rəsmi hissə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Dərələyəz mahalının zəngin tarixi, mədəni irsi və yetişdirdiyi ziyalıların Azərbaycan cəmiyyətindəki rolundan bəhs edib.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da toxunan Əziz Ələkbərli bildirib ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu strateji ideya artıq real mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər, xüsusilə son aylarda Naxçıvanda keçirilən festival və konqresin, Şamaxıda və Göygöldə keçirilən festivalların əhəmiyyətini xüsusi vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz İcmasının sədri professor Mahirə Hüseynova qurumun həyata keçirdiyi elmi-tədqiqat və nəşr layihələrindən də bəhs edərək bildirib ki, hər bir kəndin tarixi, toponimləri, maddi-mədəni irsi və görkəmli şəxsiyyətləri barədə ayrıca kitabların hazırlanması istiqamətində işlər davam etdirilir. Bu prosesdə gənclərin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu və İcmanın İdarə Heyətinin üzvü, Paşalı rayon İcmasının sədri dosent Faiq Xudayev tədbirin əsas dəyərinin yalnız Dərələyəz mənşəli gənclərin qazandıqları fərdi uğurların təqdim olunması deyil, həm də milli yaddaşı, tarixi kimliyi və Qərbi Azərbaycana Qayıdış ideyasını gələcək nəslə ötürən gənclərin bir araya gəlməsi olduğunu vurğulayıblar.

Sonra ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş bir qrup gəncə, eləcə də onların valideynlərinə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri, döş nişanları və təşəkkürnamələr təqdim olunub. Bildirilib ki, bu cür təşəbbüslər gənclərin elmə və təhsilə marağının daha da artırılmasına, onların yeni uğurlara həvəsləndirilməsinə xidmət edir.

Tədbir bədii hissə ilə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930