azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanlı tələbə Özbəkistanda beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

30-06-2026

Namanqan şəhərində UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Maqom Sənəti Forumu keçirilib.

Forum çərçivəsində təşkil olunan beynəlxalq müsabiqənin yekun nəticələrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi, gənc kamança ifaçısı Nurəddin Tağıyev (zərb alətlərində müşayiətçi – Teymur Cəbrayılov) solo ifaçılıq kateqoriyasında I yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqədə 15 ölkədən 27 ifaçı iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930