Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə növbəti görüş keçirib



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə növbəti görüş keçirib.
Azturkxeber.az xəbər verir ki, proqram çərçivəsində Fatimə Eyyub mentorunu müşayiət edərək idarəçiliyin müxtəlif istiqamətləri ilə yaxından tanış olub. O, rəhbərliyin gündəlik fəaliyyətini müşahidə edib, qərarların qəbul olunması prosesini izləyib və idarəetmə təcrübəsi barədə ətraflı məlumat əldə edib.
Görüş çərçivəsində əldə olunan təcrübə mentiyə dövlət qurumlarının fəaliyyət prinsiplərini, idarəetmə mexanizmlərini və strateji qərarların formalaşdırılması prosesini daha yaxından öyrənmək imkanı yaradıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: