azturkxeber.az
http://azturkxeber.az

DİN: Bir gündə 63 cinayət açılıb, 181 axtarışda olan şəxs saxlanılıb

10-06-2026

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, İyunun 9-da polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınmış 63 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Azturkxeber.az xəbər verir ki, Axtarışda olan ümumilikdə 181 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 152 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 32 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930