azturkxeber.az
http://azturkxeber.az

Ədalət Verdiyev: "Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh prosesini sürətləndirə bilər"

10-06-2026

Ermənistanda seçki prosesi başa çatıb. Yeni Konstitusiya layihəsinin mətninin erməni ictimaiyyətinə təqdim olunmasının vacibliyi gündəmə gəlib.

Azturkxeber.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev öz "Facebook " hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycan üçün əsas məsələ təkcə Ermənistan rəhbərliyinin deyil, bütövlükdə erməni cəmiyyətinin Azərbaycan və Türkiyəyə qarşı ərazi və digər iddialardan imtina etməyə hazır olmasıdır.

Ədalət Verdiyevin sözlərinə görə, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi qaçılmaz görünür. Ekspert hesab edir ki, regionda davamlı sülhün təmin olunmasına daha çox ehtiyac duyan Ermənistan üçün bu addım mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Konstitusiya dəyişikliklərindən sonra sülh danışıqları və sərhədlərin delimitasiya-demarkasiya prosesi daha sürətlə irəliləyə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930