azturkxeber.az
http://azturkxeber.az

"Azəriqaz" İB-nin rəhbərliyi Cəbrayıl rayonunda vətəndaşları qəbul edəcək

10-06-2026

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu iyunun 12-də saat 11:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Cəbrayıl şəhərində yerləşən inzibati binasında keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930