Azərbaycan şahmatçıları Batumidə Dünya Kubokunda iştirak edəcəklər

15-28 iyun tarixlərində Gürcüstanın Batumi şəhərində 8,10 və 12 yaşlı şahmatçılar arasında Dünya Kuboku keçiriləcək.
Azturkxeber.az-ın məlumatına görə, yarışda Azərbaycanı Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcək. Yeniyetmələr səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: