azturkxeber.az
http://azturkxeber.az

Vyetnamın Baş prokuroru "ASAN xidmət"də

09-06-2026

Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tienin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azturkxeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib. "ASAN xidmət" təcrübəsinin intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930