Polis sosial şəbəkələrdə yayılan insident görüntüləri ilə bağlı açıqlama verib



Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Azturkxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib. Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb.
Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: