azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatının əməkdaşı 13-cü Milli İnsan Hüquqları Təsisatları Akademiyasında iştirak edib

09-06-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin baş məsləhətçisi Şəhla Aslanova Zaqreb şəhərində keçirilən 13-cü Milli İnsan Hüquqları Təsisatları Akademiyasında iştirak edib.

Azturkxeber.az-ın məlumatına görə, Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən birgə təşkil olunan Akademiya “Dəyişən informasiya mühitində insan hüquqları yanaşmalarının gücləndirilməsi: Milli insan hüquqları təsisatlarının rolu” mövzusuna həsr olunub.

Avropa regionu üzrə 26 ölkədən seçilmiş milli insan hüquqları təsisatlarının nümayəndələrinin qatıldığı təlimdə insan hüquqları sahəsində müasir çağırışlar, gender bərabərliyinin təşviqi, süni intellektdən hüquqların müdafiəsində istifadə imkanları, dezinformasiya, nifrət cinayətləri, ayrı-seçkiliklə mübarizə, eləcə də effektiv maarifləndirmə və strateji kommunikasiya məsələləri müzakirə edilib.

Təlim çərçivəsində aparılan müzakirələr zamanı Şəhla Aslanova Azərbaycan Ombudsman təsisatının bərabərlik hüququnun təşviqi, ayrı-seçkiliyin qarşısının alınması və ictimai maarifləndirmə istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi, əlilliyi olan şəxslər üçün müyəssər mühitin təşviqi və müxtəlif maarifləndirmə kampaniyaları üzrə həyata keçirilən təşəbbüslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Proqramın sonunda iştirakçılar əldə etdikləri bilik və təcrübələrin gələcək fəaliyyətlərində tətbiqinə dair fəaliyyət planları hazırlayıb, onlara sertifikatlar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930