azturkxeber.az
http://azturkxeber.az

FHN yaşayış kompleksində yanğın-taktiki təlim keçirib (video)

09-06-2026

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Bulvar küçəsində, yerləşən “MİDA” yaşayış kompleksində “Yanğınların söndürülməsi və insanların təxliyyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Azturkxeber.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu tipli obyektlərdə yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə aidiyyəti heyətin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı kompleksdə yerləşən binaların birində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Təlimə Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri, Sumqayıt Regional Mərkəzinin ümumilikdə 8 ədəd texnika və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930