azturkxeber.az
http://azturkxeber.az

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsinə dair təlim keçirilib

09-06-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsi mövzusunda təlim təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, təlimin məqsədi miqrasiya sahəsində fəaliyyət göstərən əməkdaşların uşaq hüquqlarının müdafiəsi istiqamətində bilik və bacarıqlarının artırılması, bu sahədə mövcud milli və beynəlxalq standartlar barədə məlumatlılığının gücləndirilməsi olub.

Ombudsman Aparatının məsul əməkdaşları Nigar Ağayeva və Azər İsalı çıxış edərək milli insan hüquqları təsisatlarının uşaq hüquqlarının müdafiəsində rolu, Müvəkkilin bu sahədə mandatı və fəaliyyəti barədə ətraflı məlumat veriblər. Eləcə də milli preventiv və müstəqil monitorinq mexanizmləri çərçivəsində həyata keçirilən fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təşəbbüslər, eləcə də müxtəlif hədəf qrupları üçün təşkil olunan maarifləndirmə tədbirlərindən bəhs edilib.

Eyni zamanda, uşaq hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq hüquqi sənədlər, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun fakültativ protokolları, milli qanunvericilikdə uşaqların hüquqlarının təmin olunmasına dair müddəalar, həmçinin cari ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu barədə təqdimat keçirilib.

İnteraktiv müzakirələr şəraitində davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930