azturkxeber.az
http://azturkxeber.az

DİN: Son sutkada 25 cinayətin üstü açılıb, 193 axtarışda olan şəxs saxlanılıb

09-06-2026

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, iyunun 8-də polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınmış 25 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin edilib.

Azturkxeber.az xəbər verir ki, axtarışda olan ümumilikdə 193 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 164-ü borclu şəxs qismində axtarışda olub.

Narkotik vasitələrlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı isə 14 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930