azturkxeber.az
http://azturkxeber.az

DİN BNMİ-nin əməliyyatı zamanı 72 kq narkotik vasitə və 5687 ədəd metadon həbi dövriyyədən çıxarılıb

09-06-2026

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunan 50 yaşlı Mətanət Qaffarova və sonuncu ilə birlikdə narkotiklərin dövriyyəsində əlbir olan 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar. Sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 72 kiloqrama yaxın marixuana və 5687 ədəd metadon həbi aşkar edilərək götürülüb. Saxlanılanların ölkəyə paraplan uçuş aparatı vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirilən narkotiklərin satışını təşkil etməyi planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

M.Qaffarova və N.Gorodalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930