azturkxeber.az
http://azturkxeber.az

Bakıda “Süni intellekt dövründə insan hüquqları” mövzusunda Ombudsmanların Beynəlxalq Sammiti keçiriləcək

09-06-2026

18 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçiriləcəkdir.

Azturkxeber.az-ın məlumatına görə, tədbirdə 30-a yaxın ölkənin ombudsman və milli insan hüquqları institutlarının rəhbər və nümayəndələri, beynəlxalq təşkilatların, dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, eləcə də tanınmış ekspertlər iştirak edəcəklər. Sammit süni intellekt texnologiyalarının insan hüquqlarına təsirinin müzakirəsi, bu sahədə beynəlxalq təcrübə və yanaşmaların paylaşılması üçün mühüm beynəlxalq platforma olacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930