azturkxeber.az
http://azturkxeber.az

Milli komandamız Lüksemburq və İrlandiya yığmaları ilə oyunların hazırlıqlarına start verib

07-06-2026

7–14 iyun Gəncə şəhərində basketbol üzrə kişilərdən ibarət milli komandamızın təlim-məşq toplanışı baş tutacaq.

Azturkxeber.az xəbər verir ki, Millimizin baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə aşağıdakı basketbolçuları dəvət edib: Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz.

Toplanış millimizin 2029-cu ildə baş tutacaq Avropa Çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsi çərçivəsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi son qrup oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Gəncə toplanışında əsas milli komandamızla yanaşı, U-18 və U-20 yığma komandalarımız da iştirak edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930