azturkxeber.az
http://azturkxeber.az

“HİKMƏT-ZİYA KREDİT İTTİFAQI” Məhdud Məsuliyyətli Cəmiyyəti Auditor Rəyi (davamı)

07-06-2026

layihələndirir və icra edir, rəyimiz üçün əsas yaratmaq üçün kifayət və münasib olan audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifi aşkar etməmək riski, xəta nəticəsində yaranan təhrifi aşkar etməmək riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, qəsdən buraxılma, yanlış bəyanat və ya daxili nəzarət sisteminin pozulmasını əhatə edə bilər;

Kredit İttifaqının daxili nəzarət sisteminin səmərəliliyinə dair rəy bildirmək məqsədilə deyil, şəraitə uyğun audit prosedurlarını hazırlamaq üçün audit üçün əhəmiyyətli olan daxili nəzarət mexanizmlərini nəzərdən keçiririk;

Tətbiq edilən uçot siyasətinin münasibliyini, rəhbərlik tərəfindən edilmiş uçot qiymətləndirmələrinin və müvafiq açıqlamaların əsaslılığını qiymətləndiririk;

Rəhbərliyin uçotun fasiləsiz fəaliyyət prinsipindən istifadəsinin münasibliyi barədə və əldə edilmiş audit sübutlarına əsasən Kredit İttifaqının fəaliyyətinin fasiləsizliyini davam etdirmək qabiliyyətinə ciddi şübhə yarada biləcək hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmaması barədə nəticəyə gəlirik. Əgər əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəlsək, biz auditor hesabatımızda maliyyə hesabatlarındakı müvafiq açıqlamalara diqqət cəlb etməli, yaxud bu növ açıqlamalar qeyri-kifayət olduqda rəyimizi dəyişdirməliyik.

Biz idarəetməyə məsul şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış həcmi və müddətləri, habelə audit gedişində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar da daxil olmaqla, auditin mühüm nəticələri barədə məlumat veririk.

Biz həmçinin idarəetməyə məsul şəxslərə müstəqilliyə dair etik tələblərə əməl etdiyimiz barədə bəyanat təqdim edirik və onlara müstəqilliyimizə təsir edə biləcəyi güman edilən bütün əlaqələr və digər məsələlər, habelə tətbiq edildiyi hallarda müvafiq qoruyucu tədbirlər haqqında məlumat veririk.

Müstəqil auditor hesabatı 22.05.2026-cı il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri Sifarişçi təsərrüfat subyektində, ikincisi isə İcraçı tərəfdə saxlanılır.

“TREND AUDIT” MMC-nin direktoru: S.A. Həbibzadə

“TREND AUDIT” MMC-nin Auditoru: Ü. M. Məmmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930