azturkxeber.az
http://azturkxeber.az

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

07-06-2026

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

İyunun 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə fasilələrlə şimşək çaxır, arabir yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv və güclü olub, Şahdağa isə qar yağıb. Qarın hündürlüyü 1 santimetrdir.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 millimetr olub ki, bu da aylıq normanın 60 faizini təşkil edir.

Respublika ərazisində düşən yağıntının miqdarı Oğuzda 53 (aylıq normanın 44 faizi), Şəkidə 46 (aylıq normanın 45 faizi), Qəbələdə 45 (aylıq normanın 40 faizi), Zaqatalada 37 (aylıq normanın 29 faizi), Göygöldə 33 (aylıq normanın 27 faizi), Xaltanda 33 (aylıq normanın 36% faizi), Balakəndə 31 (aylıq normanın 24 faizi), Xınalıqda 25 (aylıq normanın 53 faizi), Şahdağda 24 (aylıq normanın 51 faizi), Qrızda 24 (aylıq normanın 26 faizi), Gədəbəydə 22, Daşkəsəndə 20, Qusarda (Ləzə) 12, Qubada 10, Qaxda (Sarıbaş) 8, Şahbuz, Culfa, Astara, Şabran, İsmayıllıda 6, Zərdabda 5, Ağdamda 4, Xaçmaz, Altıağac, Naftalan, Lerikdə 3, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Qobustan, Mingəçevir, Goranboyda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Naxçıvan, Sədərək, Şəmkir, Tovuz, Şamaxı, Bərdə, Beyləqan, Yevlax, Göyçay, Beyləqan, İmişli, Neftçala, Ağsu, Yardımlı və Salyanda 1 millimetrədək qeydə alınıb.

İyunun 6-da saat 20:15-20:22 radələrində Zaqatala ərazisinə diametri 9 millimetr, saat 14:30 radələrində Tovuz rayonunun Göyəbaxan kəndinə, saat 20:56 radələrində isə Gədəbəyin Novosatovka kəndinə dolu düşüb.

Lerik, Balakən, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarında 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti müşahidə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930