Zığda baş verən hadisənin iştirakçıları qarşılıqlı xəsarətlər yetiriblər

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, iyunun 5-də Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.
Müraciət əsasında araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.
Araşdırmalar zamanı müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı tərəflər qarşılıqlı olaraq bir-birilərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: