azturkxeber.az
http://azturkxeber.az

Tarixi ana şahidlik edin – Çövkən üzrə Dünya Çempionatı Bakıda başlayır!

06-06-2026

7–13 iyun tarixlərində Binə Atçılıq Mərkəzi dörd qitəni təmsil edən 10 komandanın mübarizə aparacağı Çövkən üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

Azərbaycanın qədim milli atüstü oyunu olan çövkən bu mötəbər turnir vasitəsilə zəngin atçılıq ənənələrimizin və mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də çövkənin qlobal idman brendi kimi inkişafına mühüm töhfə verəcək.

Bu günlərdə dünya idman ictimaiyyətinin diqqəti Bakıya yönələcək, azarkeşlərin qəlbi isə Azərbaycan milli komandasının yanında olacaq.

Çempionatın açılış günündə, 7 iyun tarixində saat 16:00-da Azərbaycan və Özbəkistan yığmaları üz-üzə gələcəklər. Saat 17:00-da Nigeriya və Uruqvay, saat 18:00-da isə Türkiyə və Polşa komandaları meydana çıxacaqlar.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş bu unikal oyunun həyəcanını canlı yaşamaq, sürət, ustalıq, komanda ruhu və milli qürur hissini yaxından hiss etmək üçün tribunadakı yerinizi tutmağa tələsin.

Əsrlərin mirası, tarixin brendi – bizim atlar, bizim yığma, bizim qələbə!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930