azturkxeber.az
http://azturkxeber.az

FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib (video, foto)

06-06-2026

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı şəhərinin Səbail rayonunda yerləşən Şıx çimərliyində “Su hövzələrində dalğıc-axtarış və xilasetmə işinin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirib.

Azturkxeber.az-ın məlumatına görə, FHN-in müvafiq strukturlarının əməkdaşlarının iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi olub.

Təlim zamanı “Şıx” Sularda Xilasetmə Məntəqəsindən 800 metr sağa dənizdə gəzinti qayığının “qəzaya uğraması” nəticəsində 3 nəfərin “təhlükəli vəziyyətdə qalması” və 1 nəfərin suya düşərək “batması” barədə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Növbətçi hissəsinə daxil olmuş məlumat əsasında Xidmətin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilərin çevik müdaxiləsi sayəsində qayığın “qəzaya uğraması” nəticəsində “batma təhlükəsində olan” vətəndaşlar xilas edilib, “suda batmış” 1 nəfərin “cəsədi” tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930