Qanunvericiliyə təklif olunan dəyişikliklər Böyük Qayıdışın hüquqi bazasını möhkəmləndirir

Fuad Hüseynov: "Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir".
Sədr müavini qeyd edib ki, bu gün təqdim olunan Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ölkəmizin hazırkı tarixi mərhələsində qarşımızda duran ən mühüm vəzifənin, Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan dövlət siyasətinin və ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən olan Böyük Qayıdışın hüquqi bazasını möhkəmləndirmək məqsədi daşıyır. Bu dəyişikliklər birbaşa işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına və onların daimi məskunlaşma prosesinin sürətləndirilməsinə xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: