Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb

Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək ona məxsus kafedən 600 manatın talandığını bildirib.
Azturkxeber.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirli və V.Nəsirov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: