Mərkəzi Bankda Türkiyə nümayəndə heyəti ilə rəqəmsal maliyyə əməkdaşlığı müzakirə olunub



Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Türkiyənin Xidmət İxracatçıları Birliyi, eləcə də maliyyə texnologiyaları, bankçılıq, sığorta və ödəniş sistemləri sahələrində fəaliyyət göstərən şirkətlərdən ibarət nümayəndə heyətini qəbul edib.
Azturkxeber.az xəbər verir ki, görüş zamanı maliyyə sektorunda innovativ həllərin, qabaqcıl texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqinin genişləndirilməsi, ödəniş sistemləri və data idarə edilməsi sahələrinin təkmilləşdirilməsi imkanları müzakirə olunub. Bundan əlavə, sektorun inkişaf prioritetləri və rəqəmsal transformasiya gündəliyində yer alan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin maliyyə texnologiyaları sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: