azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

03-06-2026

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.

Azturkxeber.az xəbər verir ki, Milli Məclisin sədrini salamlayan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç bildirib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir və iki ölkə arasında münasibətlər günbəgün inkişaf edir. Serbiya Milli Assambleyasının sədri Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etdiyinə görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib.

Milli Assambleya sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirib.

Söhbət zamanı Ana Brnabiç iki ölkənin parlamentləri arasındakı münasibətlərin perspektivləri barədə fikirlərini bölüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransının yüksək səviyyədə təşkilini qeyd edərək, bu cür tədbirlərin mövcud problemlərin müzakirə olunmasında mühüm platforma olduğunu diqqətə çatdırıb.

Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolundan danışan spiker Sahibə Qafarova bu kontekstdə Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin önəmini diqqətə çatdırıb. Bildirilib ki, Prezident Əliyevin 2026-cı ilin fevralında səfəri zamanı Serbiyada Qaz-Turbin Elektrik Stansiyasının tikintisi haqqında sazişin imzalanması isə enerji sahəsində əməkdaşlığın daha da inkişafına xidmət edir.

Görüşdə iqtisadi və siyasi sahələrlə yanaşı, humanitar istiqamətdə də əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı parlamentlərin qarşılıqlı münasibətlərin inkişafına müsbət təsirini qeyd edən spiker Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı dostluq qruplarının rolunu vurğulayıb, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıqdan, xüsusilə ölkələrimizin ərazi bütövlüyü, suverenlik məsələlərində bir-birini dəstəkləməsindən məmnunluğunu bildirib və parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanlarından danışıb.

Görüşdə parlamentlər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930