azturkxeber.az
http://azturkxeber.az

Kənd təsərrüfatında kreditlərin faizləri dövlət tərəfindən ödəniləcək

03-06-2026

Aqrar Subsidiya şurası Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 5 mart tarixli 612 nömrəli Fərmanı ilə yaradılmış yeni dövlət dəstəyi mexanizmi çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsinə uyğun olaraq verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən hissəsinin və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısının təsdiqi ilə bağlı Qərar qəbul edib. Belə ki, birillik əkinlərin istehsalı üçün bankların vəsaitləri hesabına fermerlərə verdikləri kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsi dövlət büdcəsi hesabına ödəniləcək. Kreditlər aşağıdakı bitkilərin istehsalı üçün götürülə bilər:
1.
Çəltik
2.
Qarğıdalı
3.
Darı
4.
Sorqo
5.
Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.)
6.
Günəbaxan
7.
Kartof
8.
Tərəvəz
9.
Bostan bitkiləri
10.
Pambıq
11.
Şəkər çuğunduru
12.
Tütün
13.
Soya


Müasir suvarma sistemlərinə dövlət dəstəyi gücləndirilir
Şuranın qərarı ilə 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasında kartof, tərəvəz və bostan əkinləri üzrə subsidiya əmsallarına yenidən baxılıb. Yeni Subsidiya əmsallarında müasir suvarma altındakı əkinlər hər hektar üçün ənənəvi suvarma ilə müqayisədə 150 AZN artıq əkin subsidiyası alacaqlar. Şuranın qərarı ilə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən edilmişdir:
Bitki növləri
Əkin əmsalı
Əkin subsidiyası (manat/ha)
Kartof:


müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
2,5
500
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
1,75
350


Tərəvəz:


müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
2,25
450
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
1,5
300


Bostan bitkiləri:


müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
2,1
420
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
1,35
270

Şuranın Qərarına uyğun olaraq müasir suvarma altında şəkər çuğunduru əkən fermerlər hər ton üçün 22 manat, ənənəvi suvarma altında əkən fermerlər isə 19 manat məhsul subsidiyası alacaq.

Aqrar subsidiyaların əhatə dairəsi genişləndirilir
Şuranın Qərarı ilə mövcud regionlaşmaya əlavə olaraq mavigilə üzrə əkin subsidiyası Quba-Xaçmaz iqtisadi rayonunda, pambıq üzrə məhsul subsidiyası Ağsunun Göydəlləkli kəndində, tütün üzrə məhsul subsidiyası Naxçıvan Muxtar Respublikasında, işğaldan azad edilmiş ərazilərdə salınan super-intensiv şaftalı (nektarin) bağları üzrə əkin subsidiyası Xocavənd rayonunda tətbiq ediləcəkdir.

Sertifikatlı toxumdan istifadənin təşviqi genişləndirilir
Şuranın Qərarına əsasən 2026-cı il üzrə buğda üzrə cəmi əkin sahəsi 10 hektardan və ya arpa üzrə cəmi əkin sahəsi 100 hektardan artıq olan fermerlər tərəfindən sertifikatlı toxum istifadə edilmədikdə əkin subsidiyası 20% azaldılmaqla ödəniləcək. Fermerlərin növbəti dövr payızlıq əkinlər üçün toxum hazırlığını və tədarükünü həyata keçirərkən bu tələbləri indidən nəzərə alması vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930