azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb

03-06-2026

İyunun 3-də gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.

Azturkxeber.az xəbər verir ki, Bakı Gənclər Mərkəzində təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Görüş zamanı ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Nazir Fərid Qayıbov çıxışında bildirib ki, may ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 15 ölkədə səsləndirilib və idmançılarımız ümumilikdə 70 qızıl, 58 gümüş, 103 bürünc medal qazanıblar. İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib.

Ardınca müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930