azturkxeber.az
http://azturkxeber.az

Deputatlarımız İstanbulda keçiriləcək Forumda iştirak edəcəklər

03-06-2026

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Nigar Arpadarai “Sıfır Tullantı Forumu 2026” adlı tədbirdə iştirak etmək üçün iyunun 4-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Azturkxeber.az xəbər verir ki, İstanbul Sıfır Tullantı Həftəsi çərçivəsində keçiriləcək və “Antalyaya gedən yol: Sıfır tullantı iqlim tədbiri kimi” mövzusuna həsr olunmuş Forumda sıfır tullantı və iqlim dəyişikliyi məsələlərinin müzakirəsi, əməkdaşlığın təşviqi, həmçinin bu sahədə müxtəlif sektorlar üzrə dayanıqlı yanaşmaların araşdırılması barədə fikir mübadiləsi aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930