azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda yeni rəqəmsal səhiyyə sistemi tətbiq olunur

03-06-2026

Teymur Musayev: “Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq məlumatlarını vahid platformada birləşdirəcək”

Səhiyyə naziri Teymur Musayev “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı bildirib ki, Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır.

Nazir bildirib ki, yeni sistem vətəndaşların peyvənd, müayinə nəticələri və resept kimi sağlamlıq göstəricilərinin vahid elektron reyestrdə saxlanılmasını təmin edəcək. Nazir qeyd edib ki, məlumatların mərkəzləşdirilməsi süni intellekt vasitəsilə dərin təhlil aparmağa, əhalinin sağlamlığını proqnozlaşdırmağa və gələcək strategiyalar hazırlamağa imkan verəcək.

Bu sözləri Səhiyyə naziri Teymur Musayev “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı açılış nitqində deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930