ASCO əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) könüllü qanvermə aksiyası keçirilib.
Azturkxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkim-hemotoloqları əvvəlcə donor olmaq istəyən şəxslərin sağlamlığı yoxlayıb, sonra uyğun olanlardan qan götürüblər.
ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə bütün strukturlardan olan əməkdaşlar fəal iştirak ediblər.
Toplanan qan ehtiyatı talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: