azturkxeber.az
http://azturkxeber.az

Spiker Sahibə Qafarova Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında

02-06-2026

Azərbaycanda gender sahəsində nailiyyətlər barədə məlumat verib

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məişət zorakılığı ilə mübarizə aparılması, ayrı-seçkiliyin aradan qaldırılması, qadınların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də onların səlahiyyətləndirilməsinin təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Azturkxeber.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova iyunun 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxışı zamanı Azərbaycanda gender bərabərliyi və qadınların həyatın bütün sahələrində təmsilçiliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verərkən deyib. Onun sözlərinə görə, Prezidentin imzaladığı sərəncamlar, milli fəaliyyət planları və dövlət proqramları qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişlərə səbəb olan kompleks və hərtərəfli yanaşmanın formalaşdırılmasını təmin edib.

Spiker Sahibə Qafarova deyib ki, bu gün cəmiyyətimizdə mövcud olan gender bərabərliyi ilə bağlı təsəvvürlər əslində çox əvvəllər formalaşmış milli ənənələrimizi əks etdirir. Azərbaycan qadınları tarixən cəmiyyətin bərabərhüquqlu üzvləri kimi qəbul olunub və onun inkişafına həlledici təsir göstəriblər.

Azərbaycan parlamentinin sədri əldə olunmuş nəticələrin əhəmiyyətini qeyd edərək, gender bərabərliyinin tam təmin olunması istiqamətində fəaliyyətin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, vacib məqam ondan ibarətdir ki, Azərbaycanda əldə olunmuş bu nəticələr davamlı xarakter daşıyır və dövlətimizin gender bərabərliyinin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini əks etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930