azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisdə Beynəlxalq Siqh Federasiyasının nümayəndələri ilə görüş keçirilib

02-06-2026

İyunun 2-də Milli Məclisdə Beynəlxalq Siqh Federasiyasının nümayəndələri ilə görüş keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, görüşdə deputat Tural Gəncəliyev bildirib ki, Azərbaycanın qanunverici orqanı bu kimi beynəlxalq platformalarla əməkdaşlığa və insan hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslərə böyük önəm verir.
Qeyd edilib ki, Azərbaycan tarix boyu işğal, etnik təmizləmə, soyqırımı və insan hüquqlarının pozulması kimi ağır sınaqlarla üzləşib. Bu səbəbdən ölkəmiz müxtəlif regionlarda hüquqları pozulan xalqların, etnik və dini icmaların problemlərinə həssas yanaşır, onların beynəlxalq hüquq çərçivəsində apardıqları dinc mübarizəyə mənəvi dəstək göstərir.
Kanada Siqh Federasiyasının sədri Moninder Singh onlara göstərilən dəstəyə görə təşəkkür edib. O bildirib ki, Beynəlxalq Siqh Federasiyası siqh icmasının hüquqlarının müdafiəsi və dünya üzrə siqh diasporunun maraqlarının təmsil olunması istiqamətində mühüm fəaliyyət həyata keçirir. O, xalqlarımızın tarixində oxşar faciələrin yaşandığını qeyd edərək, bu səbəbdən bir-birimizi daha yaxşı anladığımızı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb.
Görüşdə Milli Məclisin deputatları Razi Nurullayev, Azər Allahverənov, Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov və Beynəlxalq Siqh Federasiyasının üzvləri çıxış ediblər. Söhbət zamanı sülh dialoqunun əhəmiyyəti, insan hüquqlarının müdafiəsi, dini azadlıqların təmin olunması, etnik və dini icmaların hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930