May ayında sərnişinlər metro ilə 19 milyondan çox səfər ediblər



Ayın lideri 1 673 358 sərnişinlə “Koroğlu” stansiyası olub.
Azturkxeber.az xəbər verir ki, Qurban bayramı və Müstəqillik Günü də daxil olmaqla 27–31 may tarixlərini əhatə edən qeyri-iş günlərində sərnişinlər metrodan 2 134 080 dəfə istifadə ediblər.
NFC və QR bilet vasitəsilə ümumilikdə 9 222 099 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 49,7 %-ni təşkil edir.
“Əlçatan metro” xidməti tərəfindən isə 149 sifariş yerinə yetirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: