Kamandan oxatma üzrə ölkə birinciliyinə uğurla yekun vurulub



Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə kamandan oxatma üzrə ölkə birinciliyi uğurla başa çatıb.
Azturkxeber.az xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışlar çərçivəsində gənc idmançılar gərgin və maraqlı mübarizə şəraitində öz məharətlərini nümayiş etdiriblər. Yarışların U18 və U21 kateqoriyaları üzrə qaliblər kvalifikasiya mərhələsinin nəticələrinə uyğun olaraq müəyyən edilib. U18 kateqoriyası üzrə Zəhra Carçılı və Nurlan Rəhimli 1-ci yeri, Sümeyyə Bədəlli və Sərdar Vəliyev 2-ci yeri, Yağmur Qurbanlı və Hüseyn Məhərrəmov isə 3-cü yeri tutublar. Yarışların U21 kateqoriyasında Fatimə Hüseynli və Əli Qənbərli 1-ci yerə, Aliyə Əliyeva və Anar Cavadzadə 2-ci yerə, Kseniya Butrik və İslam İsmayılov isə 3-cü yerə layiq görülüblər. Ölkə birinciliyinin U15 kateqoriyası üzrə keçirilən mübarizəsində isə Sona Rüstəmli və Məhəmməd İsmayılov 1-ci yeri, Məryəm İbrahimli və Əhməd İsmayılov 2-ci yeri, Banu Məmmədova və Saleh Məmmədli isə 3-cü yeri qazanıblar. Gərgin mübarizənin sonunda fəxri kürsüdə yer alan qalib idmançılara mükafatlar Suraxanı Gənclər Evinin əməkdaşı Aysel Hacıyeva, Hövsan Olimpiya İdman Kompleksinin direktoru Əli Məlikzadə və Federasiyanın şöbə müdiri Kamran Həsənzadə tərəfindən təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: