azturkxeber.az
http://azturkxeber.az

Ceyhun Bayramov kanadalı həmkarı ilə regional məsələləri müzakirə edib

02-06-2026

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı olub.

Azturkxeber.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, söhbət zamanı Azərbaycan-Kanada münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Anita Anand Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Kanadanın Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Ceyhun Bayramov təbrikə görə təşəkkür edib və iki ölkə arasında siyasi dialoqun, həmçinin müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı vurğulayıb.

Telefon danışığı zamanı yaşıl keçid, bərpa olunan enerji, informasiya-kommunikasiya texnologiyaları (İKT), enerji təhlükəsizliyi və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazirlər regiondakı mövcud vəziyyət, postmünaqişə dövrünün reallıqları, eləcə də Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi barədə də fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov keçmiş münaqişənin tarixi, Azərbaycanın üzləşdiyi işğalın nəticələri və regionda davamlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.

Telefon danışığında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930