Bakı–Tbilisi–Qars Dəmir Yolu Modernizasiyadan Sonra Yenidən İstifadəyə Verildi




Bu gün Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernizasiyadan sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri görülmüş işləri yüksək qiymətləndirib, BTQ-nin daha geniş yükötürmə gücü ilə Orta Dəhliz üzərindən yükdaşımaları genişləndirəcəyini, Avrasiya nəqliyyat xəritəsində yeni imkanlar açacağını qeyd ediblər.
ADY-nin 2024-cü ildə BTQ-nin Gürcüstan hissəsində icra etdiyi modernizasiya layihəsi çərçivəsində mövcud infrastruktur müasir standartlara uyğun təkmilləşdirilib və genişləndirilib. Nəticədə, bu xəttin illik yükötürmə gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: