Bakıkart istifadəçiləri üçün yenilik: ödəniş qəbzləri daha informativ oldu

Bank kartı ilə həyata keçirilən ödənişlər üzrə qəbzlərdə artıq əməliyyatın aid olduğu marşrut xətti və ya metro stansiyası barədə məlumat əks olunur.
Azturkxeber.az xəbər verir ki, bu barədə “Bakıkart” məlumat yayıb.
Məlumata görə, yeni funksiya istifadəçilərə ödənişlərini daha rahat izləməyə, həmçinin əməliyyatları daha asan identifikasiya etməyə imkan verəcək.
“Bu yenilik ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı şəkildə təqdim olunmasına xidmət edir”, – deyə məlumatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: