Azərbaycan–Böyük Britaniya iqtisadi-ticarət əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Azər Bayramov Böyük Britaniya Kralının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ticarət Komissarı David Rid ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərdə əməkdaşlıq imkanları, qeyri-neft sektorunda tərəfdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.
Görüşdə həmçinin Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları müzakirə olunub. Bu çərçivədə yerli şirkətlərin həm Bakı Fond Birjasında, həm də London Fond Birjasında təmsil olunması perspektivləri, kapital bazarlarının inkişafı və maliyyə əməkdaşlığının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: