azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatının nümayəndələrinin şəxsi heyətlə görüşü keçirilmişdir

29-04-2026

Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndələri ilə şəxsi heyətin görüşü təşkil olunmuşdur.

Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumata görə, görüşün keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlılığın artırılması olmuşdur.

Çıxışlarda belə görüşlərin şəxsi heyətin hüquqi biliklərinin inkişafında mühüm rol oynadığı, dövlət tərəfindən insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi xüsusi vurğulanmışdır.

Ombudsman Aparatının nümayəndələri şəxsi heyətə qurumun fəaliyyəti, əsas funksiyaları və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə ətraflı məlumat vermiş, Ombudsman institutunun ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm rol oynadığını, eyni zamanda hərbi qulluqçuların hüquqlarının təmin olunması məsələlərini daim diqqət mərkəzində saxladığını qeyd etmişlər.

Tədbir çərçivəsində hərbi qulluqçulara onların hüquq və vəzifələri, xidmətdə qarşılaşa biləcəkləri hüquqi məsələlər, müraciət etmək imkanları və hüquqlarının müdafiə mexanizmləri izah edilmişdir. Həmçinin, nizam-intizam qaydalarına riayət olunmasının əhəmiyyəti, etik davranış normaları və xidmət zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi xüsusi qeyd olunmuşdur.

Tədbir sonunda şəxsi heyəti maraqlandıran suallar cavablandırılmış, Ombudsman nümayəndələri tərəfindən praktiki tövsiyələr verilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930